İspaniyanın "Xetafe" klubu ingiltərəli vinger Ceydon Sançonun xidmətində maraqlıdır.

Offsideplus.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Mənbənin sözlərinə görə, Madrid təmsilçisi Sançonu azad agent statusunda heyətinə qatmaq üçün artıq rəsmi təklif göndərib. 26 yaşlı futbolçunun Yaxın Şərq variantları da olsa da, "Xetafe" rəhbərliyi daha əvvəl Meyson Qrinvud transferində olduğu kimi analoji addım ataraq Ceydonu komandaya qazandırmaq niyyətindədir.

"Daha əvvəl Karvaxalın keçidini həll edən "Xetafe" indi də azad agent statusundakı digər ulduz futbolçunu dəvət edərək növbəti səs-küylü transferi gerçəkləşdirməyə çalışır", – deyə Romano qeyd edib.

Qeyd edək ki, C. Sanço son mövsümü icarə əsasında "Aston Villa"da keçirib.