UFC-nin yüngül çəkidə keçmiş çempionu Petr Yan Merab Dvalişvilinin İslam Maxaçevin qələbəsindən sonra oktaqonda Rusiya bayrağı ilə bağlı reaksiyasına münasibət bildirib. Yan rəqibinin bu davranışını kəskin şəkildə tənqid edib.
Offsideplus.az xəbər verir ki, Petr Yan açıqlamasında deyib: "Bu, onun rusofob yanaşmasıdır. Bu, nə birinci, nə də sonuncu dəfədir. Bu, onun nə qədər səviyyəsiz olduğunu göstərir". Qeyd edək ki, Petr Yan və Merab Dvalişvili arasında revanş döyüşü 24 oktyabrda keçiriləcək UFC 333 turnirində baş tutacaq.


