"Fənərbağça"nın ulduz futbolçusu Marko Asensio "Aston Villa" ilə matça ehtiyat heyətdə başlayacağını öyrəndikdən sonra buna etirazını bildirib.

Offsideplus.az xəbər verir ki, əsəbiləşən ispaniyalı yarımmüdafiəçini Oğuz Çetin ehtiyatda oturmağa razı salmağa çalışıb.

Həmin anlar klubun rəsmi kanalının kameralarına da əks olunub.

Lakin Asensio ehtiyatda qalmaqla razılaşmayıb. Məsələyə klub rəhbərlərinin də müdaxilə etməsinə baxmayaraq, futbolçu fikrindən dönməyib və oyunun iştirak ərizəsində yer almaqdan imtina edib.