"Milan"ın baş məşqçisi Ruben Amorim Avropa Liqasında "Zaltsburq" üzərində 4:0 hesablı qələbəni dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Amorim bu görüşün mövsümdə ən yaxşı oyun olmadığını bildirib: "Başqa matçlarda meydanda daha çox üstünlük əldə etmişdik, bu dəfə isə qol vurmağı bacardıq. Daha keyfiyyətli oyunlarımız da olub, insanlar yalnız nəticəyə baxır. Görüləsi işlərimiz var, amma bu axşam uğurlu alındı".
O, 19 yaşlı Sisse barədə də danışıb: "O, heç nəyə görə mənə borclu deyil, meydanda olmaq haqqını zəhməti ilə qazanıb. Sisse çox partlayıcı və fədakar futbolçudur, amma hələ inkişaf etməlidir. Bu gün bütün tərifləri haqq etdi, lakin zəif cəhətləri də var. Potensialı isə çox böyükdür".
Amorim əlavə edib: "Bu cür "Milan"ı niyə əvvəllər görmürdük? Razı deyiləm, digər oyunlarda daha kollektiv futbol sərgiləmişdik. Bu gün rəqib beş epizodda daha dəqiq olsaydı, ciddi problemlərimiz ola bilərdi".
Qeyd edək ki, "Milan"ın 19 yaşlı futbolçusu Sisse avrokuboklarda het-trik edən ən gənc italiyalı olub. Trezoldinin rekordu cəmi 2 gün davam edib.


