Cimmi Batler keçmiş komanda yoldaşı Bəm Adebayo-nun "Vaşinqton Vizardz"a qarşı keçirdiyi tarixi oyunu barədə fikirlərini bölüşüb. Ulduz forvard Adebayo-nun 83 xal toplamasını yüksək qiymətləndirib və onun istedadına heyran olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Batler açıqlamasında bunları deyib: "Onun üçün sevinirəm. 83 xal – bu, çox böyük göstəricidir. O, həqiqətən də inanılmaz istedadlı oyunçudur. Meydançada hər şeyi bacarır və bunu ən yüksək səviyyədə edir. Amma belə nəticə həmişə komanda işinin məhsuludur. Heç kim 83 xalı təkbaşına toplamır. Bu, bütün komandanın uğurudur, başa düşürsünüz? Qarşında iki, bəzən üç müdafiəçi olur. Hakimlərin də təsiri ola bilər. Ümumilikdə hər şey, bütün komanda, bütün sxemlər və kombinasiyalar işə düşür. O isə bir-birinin ardınca atışlar edirdi, çoxlu şüt atdı. Ona görə də onun üçün sevinirəm. 83 xal – bu, tarixdir".
Qeyd edək ki, həmin oyunda Adebayo "Vaşinqton Vizardz"a qarşı 42 dəqiqə meydanda olub, 43 atışdan 20-ni dəqiq yerinə yetirib və 43 cərimə atışından 36-sını dəqiq icra edib.


