UFC-nin orta çəki döyüşçüsü Şarabutdin Maqomedovun növbəti rəqibi İsrael Adesanya olacaq. Bu barədə tanınmış jurnalist Ariel Helvani məlumat verib.
Offsideplus.az xəbər verir ki, qarşılaşma 5 dekabrda Səudiyyə Ərəbistanında keçiriləcək UFC Fight Night turnirində baş tutacaq. Maqomedovun MMA-da 17 qələbəsi və 1 məğlubiyyəti var. Adesanya isə 24 qələbə və 6 məğlubiyyətlə yadda qalıb, o, son dörd döyüşündə ardıcıl uduzub. Şara Bulletin məşqçisi bildirib ki, növbəti rəqibin Adesanya olma ehtimalı yüksəkdir.


