UFC-nin yüngülçəki çempionu Aleksandr Volkanovski Castin Qeyci ilə yüngül çəki dərəcəsində titul döyüşü keçirməyi təklif edib.

Offsideplus.az xəbər verir ki, Volkanovski bu sözləri deyib:

"Gəlin superdöyüş keçirək. Yüngül çəkidə çempionluq kəməri ortada olsun. Sonra hər ikimiz idmandan gedək və divizionlarda vakant kəmərlər uğrunda döyüşlər baş tutsun. Gəlin bunu reallaşdıraq".

Qeyd edək ki, Aleksandr Volkanovski növbəti döyüşünü 24 oktyabr tarixində UFC 333 turnirində Movsar Evloyevə qarşı keçirəcək. Volkanovski rəqibinin bacarıqlarının ona qarşı işləməyəcəyini və bu döyüşün özü üçün əlverişli olduğunu bildirib.