"Real Madrid"in hücumçusu Vinisius Junior Çempionlar Liqasında "Roma" ilə keçirilən oyundan sonra "Santyaqo Bernabeu" stadionunda azarkeşlərin ona qarşı səsləndirdiyi fit səsləri barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Vinisius bildirib: "Fit səsləri əlbəttə, kömək etmir, amma insanlar biletlərə pul ödəyir. Azarkeşlər bizi dəstəkləyəndə daha yaxşı oynayırıq. Cud Bellingem daha yaxşı çıxış edir, Mbappe daha yaxşı oynayır, mən də eyni. Düşünürəm ki, məni tənqid üçün seçmək daha asandır, çünki burada ən uzun müddət qalan və kapitanlardan biri mənəm. Hələ özümü göstərəcəyəm. Buraya çox gənc yaşda gələndə bir çoxları mənimlə lağ edirdi. Amma nəticədə "Real Madrid"də 100-dən çox qol vurmuşam".


