“Fənərbağça” qış transfer pəncərəsində iki futbolçu ilə müqavilə imzalamağı hədəfləyir.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi yanvar ayında heyətinə iki futbolçu cəlb etməyi planlaşdırır.
Klubun transfer siyahısında “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu və İngiltərənin “Brayton” klubunda çıxış edən Yasin Ayari yer alır.
Məlumata əsasən, “Fənərbağça” rəhbərliyi hər iki futbolçunu yanvarda münasib transfer şərtləri ilə heyətinə qatmağa çalışacaq. İstanbul klubunun yaxın müddətdə oyunçuların nümayəndələri ilə danışıqlara başlaması gözlənilir.


