Təcrübəli futbol eksperti Ceymi Karraqer sərt tənqidlə yadda qalıb.

Offsideplus.az xəbər verir ki, o,  “Mançester Siti”nin Çempionlar Liqasında PSJ-yə 2:4 hesablı məğlubiyyətindən sonra baş məşqçi Enzo Mareskanın taktiki seçimlərini və orta sahə xəttini kəskin tənqid edib:

“Düşünürəm ki, Mareska bu gecə dünyanın ən yaxşı komandasına qarşı oynayaraq çox şey öyrəndi. O, gələcəkdə belə böyük miqyaslı qarşılaşmada həmin orta sahə üçlüyü ilə meydana çıxa bilməyəcəyini başa düşəcək. Onlar topsuz oyunda kifayət qədər yaxşı deyildilər.”

Qeyd edək ki, gərgin görüşdə “Mançester Siti” PSJ-nin hücum xəttini dayandırmaqda çətinlik çəkərək meydandan 2:4 hesablı məğlubiyyət ilə ayrılıb.