Doniyell Malen A Seriyasının mövsümün əvvəlində ən yaxşı futbolçusu adına layiq görülüb.
Offsideplus.az xəbər verir ki, "Roma"nın hücumçusu avqust və sentyabr aylarının ən yaxşı oyunçusu mükafatını "Cenoa" ilə qarşılaşmadan əvvəl alacaq. O, bu ada görə "Latsio"dan Davide Frattezi, "Frozinone"dən Georgi Kvernadze, "Kalyari"dən Daniel Maldini, "İnter"dən Lautaro Martines və "Milan"dan Adrien Rabionu qabaqlayıb.
Malen mövsümün ilk iki ayında 5 oyunda 6 qol vurub və bir məhsuldar ötürmə edib.


