Antonio Kassano Çempionlar Liqasında keçiriləcək "Roma" - "Real Madrid" matçı öncəsi "kral klubu"nun futbolçusu Vinisius Junior haqqında sərt fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, keçmiş futbolçu braziliyalı ulduzun performansını yüksək qiymətləndirmədiyini bildirib:
– Vinisius özünün ən yaxşı formasından uzaqdır. Bu, "Roma"nın xeyrinədirmi?
– Vinisius sadəcə yaxşı futbolçudur. Mənim fikrimcə, Rodrigo ondan qat-qat üstündür.
Niyə Vinisius haqqında komanda yoldaşından daha çox danışıldıqlarını anlamıram. Vinisius optimal fiziki formada olmadıqda, meydançada alternativ həll yolları tapmaqda çətinlik çəkir. Üstəlik, o, hücumların yekunlaşdırılmasında yüksək effektivliyi ilə seçilmir.
Bəli, qol vurur, amma superulduz səviyyəsində deyil.
Düşünürəm ki, Rodrigo tam sağalsa, məhz o, start heyətində meydana çıxmalıdır. O, mənim daha çox xoşuma gəlir. Onun yaşıl meydanlara dönüşünü səbirsizliklə gözləyirəm.


