"Denver Nageçs"in mərkəz oyunçusu Nikola Yokiç basketbol tarixində özünün ən yüksək qiymətləndirdiyi dörd oyunçunu və NBA-də üzləşdiyi ən çətin rəqibləri açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 2023-cü ilin NBA çempionu və üçqat ən dəyərli oyunçu Yokiç "NBA Mount Rushmore" siyahısına Bill Rassell, Maykl Cordan, Uilt Çemberlen və "Qolden Steyt Uorriors"un müdafiəçisi Stefen Karri kimi adları daxil edib. O, Rasselli çoxsaylı çempionluqlarına, Çemberleni isə rekord göstəricilərinə görə seçdiyini bildirib. Yokiç Cordanı və Karini isə basketbolu dəyişdirdikləri üçün fərqləndirib. Maraqlıdır ki, o, müasir dövrün digər ulduzlarını, o cümlədən LeBron Ceymsi siyahıya daxil etməyib.

Serbiyalı mərkəz oyunçu hazırkı NBA-də ən çətin rəqiblərini də qeyd edib. O, 2015-ci ildən bəri ən çox çətinlik yaşadığı oyunçular sırasında Coel Embiid, Karl-Entoni Tauns, Entoni Devis və Viktor Vembanyamanı önə çəkib. Yokiç bildirib ki, "Liqa hazırda çox istedadlıdır".

Bu arada, "Denver Nageçs" NBA-nin 2026-cı il mövsümöncəsi oyunlarını "Los Anceles Klippers" və "Los Anceles Leykers"ə qarşı keçirəcək. Komanda 2026–27 mövsümünün açılış oyununda isə "Oklahoma Siti Thunder"lə qarşılaşacaq.