Amerikalı müdafiəçi Lonni Uoker karyerasını Avropada davam etdirməyi planlaşdırır və artıq agent Mişko Ražnatoviçlə əməkdaşlığa başlayıb.
Offsideplus.az xəbər verir ki, "Beşiktaş" 27 yaşlı oyunçunu heyətinə qatmaq istəyir. Türkiyə təmsilçisi Uoker üçün əsas namizədlərdən biri hesab olunur. Onun xidmətində daha iki Avropa klubu da maraqlıdır. Lonni Uoker ötən mövsüm "Makabi Təl-Əviv"də çıxış edib və EuroLeague-də 28 oyunda meydana çıxıb. "Beşiktaş" mövsümə uğursuz start verdiyi üçün heyətini gücləndirmək niyyətindədir: komanda EuroLeague-də iki qələbə və iki məğlubiyyət, milli çempionatda isə üç oyundan yalnız birində qalib gəlib.


