"Qalatasaray"ın baş məşqçisi Okan Buruk komandasının Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunda "Barselona" ilə keçiriləcək qarşılaşmada müdafiəyə çəkilmək niyyətində olmadığını vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Buruk bu gün İstanbulda baş tutacaq və saat 22:00-da başlayacaq oyundan öncə fikirlərini bölüşüb:

"Deyə bilərik ki, "Barselona" hazırda ən yaxşı formadadır, hər kəs onları dünyanın ən güclü komandası və favorit hesab edir. Amma onlara qarşı tam özünəinamlı bir komanda oynayacaq. Biz "Qalatasaray"ıq, öz meydanımızda çıxış edəcəyik! Ona görə də, hansı sxemlə oynamağımızdan asılı olmayaraq, hər rəqibə qarşı aqressiv olmalıyıq. "Barselona"ya qarşı müdafiəyə çəkilməyəcəyik. Biz də hücum edəcəyik" – deyə Buruk bildirib.

Baş məşqçi həmçinin Batrakovun böyük potensiala sahib olduğunu, tez uyğunlaşdığını və Alekseyin özünə qarşı tələbkar olaraq komandaya kömək etmək istədiyini qeyd edib.