FIFA referisi Kamal Umudlu beynəlxalq matça təyinat alıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli referi UEFA Gənclər Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Matçda ona yan xətt hakimləri kimi Namiq Hüseynov və Vüsal Məmmədov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Davide Di Marko yerinə yetirəcək.

Qeyd edək ki, "Roma" – "Real Madrid" görüşü oktyabrın 14-də, Bakı vaxtı ilə saat 16:00-da Romadakı "Stadio Tre Fontane" stadionunda start götürəcək.