Portuqaliyalı ulduz Kriştiano Ronaldu "Əl-Nəsr"in "Neftçi"yə (Fərqanə) qarşı qazandığı 3:1 hesablı qələbədən sonra paylaşım edib.

Offsideplus.az xəbər verir ki, Asiya Çempionlar Liqasının ev oyununda Ronaldu birinci hissədə fərqlənib və bu, onun karyerasında 981-ci qolu olub.

"Bu axşam vacib qələbə qazandıq. İnkişaf etməyə davam edirik", – deyə Ronaldu sosial şəbəkədə qeyd edib.