"İmişli" klubu baş məşqçisi Fərid Namazov ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisinin rəsmi açıqlamasında Fərid Namazova komandadakı xidmətlərinə görə təşəkkür edildiyi və gələcək karyerasında uğurlar arzulandığı bildirilib.