Misli Premyer Liqasının VIII turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Zirə" matçının biletləri satışa çıxarılıb.
Offsideplus.az xəbər verir ki, Gəncə Şəhər Stadionunda baş tutacaq görüşün biletlərinin qiyməti 2-20 manat aralığında dəyişir.
Satışlar bu gündən "iticket.az" saytında onlayn şəkildə başlayıb.
Oktyabrın 14-dən isə arena kassalarında fiziki satışa start veriləcək.
Qeyd edək ki, oktyabrın 18-də saat 18:30-da start götürəcək matçda növbəti azarkeş rekordu gözlənilir.
"Sarı-göylər"in bu mövsüm doğma meydandakı ev oyunlarını ortalama 13 min azarkeş izləyib..


