İordaniyanın paytaxtı Ammanda veteran güləşçilər arasında keçirilən dünya çempionatı başa çatıb.

Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycan təmsilçiləri 3 gümüş medal qazanıblar. Yunan-Roma güləşində Fikrət Bağırov (70 kq) və Elgiz Məmmədov (100 kq), sərbəst güləşdə isə Elçin Həsənov (70 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Çempionatda ölkəmizi 4 referi də təmsil edib. I dərəcəli beynəlxalq hakim Elman İsmayılov əsasən xalça rəhbəri kimi ədaləti qoruyub. Əfqan Həbibov, Çinarə Cəfərova və Rəşad Abdulov isə orta hakim kimi görüşləri idarə etməklə yanaşı, beynəlxalq dərəcə almaq üçün imtahan veriblər.