"Real Madrid"in sabiq yarımmüdafiəçisi Quti Xoan Laportanın Madrid klubuna ünvanladığı tənqidlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, keçmiş futbolçu bunları söyləyib:
"O, bizə klub idarəçiliyini öyrədir, halbuki özü "Barselona"ya rəhbərlik edən və Neqreyre ödənişləri edən prezidentlərdən biri olub. Düzünü desəm, klub idarəçiliyi baxımından bizə nə öyrədə biləcəyini anlamıram. Amma əminəm ki, Florentino Peres deyilənləri eşidib və nəzərə alacaq. Florentino bu məsələyə ciddi yanaşacaq".
Xatırladaq ki, 2023-cü ildə "Barselona" və klub rəhbərliyinə İspaniya Kral Futbol Federasiyasının hakimlər texniki komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikez Neqreyra ilə bağlı rüşvət ittihamları irəli sürülüb.


