Keçmiş "Mançester Yunayted"in müdafiəçisi Qari Nevill yaxın aylarda "Mançester Siti"nin oyunlarını şərh etmək istəmədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Nevill bu fikrini Premyer Liqada maliyyə qaydalarını pozmaqda ittiham olunan "Mançester Siti" barədə danışarkən səsləndirib. O qeyd edib ki, son həftələrdə klub haqqında ittiham qərarı verildikdən sonra ilk dəfə "Mançester Siti"nin oyununu şərh edib. Nevill əlavə edib: "Əgər məni yaxın bir neçə ay ərzində yekun qərar çıxana qədər 'Mançester Siti'nin oyunlarından uzaqlaşdırsaydılar, yalnız sevinərdim". Bu açıqlamanı o, Premyer Liqanın 6-cı turunda "Mançester Siti"nin "Liverpul" üzərində 3:0 hesablı qələbəsindən sonra verib.


