"Koventri" İngiltərə Premyer Liqasının 6-cı turunda "Nyukasl" üzərində 4:1 hesablı inamlı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, Frank Lempardın rəhbərlik etdiyi komanda ardıcıl ikinci dəfə qalib gəlib. Əvvəlki turda "Koventri" "Nottingem Forest"i 1:0 hesabı ilə məğlub etmişdi. Mövsümün əvvəlində "Koventri" "Arsenal", "Hall Siti", "Mançester Siti" və "Brayton"a uduzmuş, bu oyunlarda qol vura bilməmiş və ümumilikdə 10 top buraxmışdı. Hazırda komanda turnir cədvəlində 14-cü pillədə qərarlaşıb və 6 xal toplayıb. Növbəti turda "Koventri" 19 oktyabrda "Tottenhem"lə qarşılaşacaq.