Stiv Kerr yeni mövsümün əvvəlində "Qolden Steyt Uorriors"un start heyətində gözlənilməz dəyişikliklər edəcəyini bildirib. Baş məşqçi əsas beşlikdə Stefen Karri, Brendin Podzemski, Gi Santos, Yaksell Lendeborq və Draymond Qrinin çıxış edəcəyini nəzərdə tutur. Ulduz veteran El Horford isə ehtiyatdan meydana daxil olacaq.

Offsideplus.az xəbər verir ki, Kerr bu qərarını belə əsaslandırıb: "Mən bu variantı daha məqsədəuyğun hesab edirəm. El start heyətində də oynaya bilərdi, lakin onun üçün hazırda 20 dəqiqə meydanda qalmaq optimaldır və bu, bizim üçün yetərlidir. Buna görə də onu ehtiyatdan buraxmaq daha məntiqlidir. Mən həmçinin istəyirəm ki, Draymond və ya El daim meydançada olsun və müdafiədə əsas rol oynasın. Ona görə də bu yolu seçmişəm". Mövsümün əvvəlində "Qolden Steyt" zədəli Cimmi Batler və Kristaps Porziqisə arxalana bilməyəcək.