"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik "Atletiko"nu Avropanın ən güclü klublarından biri adlandırıb.
Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunda bu komandalar arasında oyun Madridin "Metropolitano" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Kerrik bildirib: "Dieqo Simeoneyə məşqçi kimi böyük hörmətim var. Komandanın formalaşması üçün zaman lazımdır və onun uzun müddət klubda çalışması təsirini açıq şəkildə göstərir. Onlar həqiqətən təhlükəlidirlər. Bu, bizim üçün əla sınaq olacaq".
O əlavə edib: "Biz hesab edirik ki, "Atletiko" Avropada heç bir komandadan geri qalmır. Onları ən yaxşılar sırasında görürük".


