İspaniya millisinin və "Real Madrid"in sabiq müdafiəçisi Dani Karvahal karyerasını başqa bir La Liqa təmsilçisində davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı futbolçu "Xetafe" ilə müqavilə bağlayıb.

Klubun rəsmi saytının yaydığı məlumata görə, təcrübəli müdafiəçi ilə 2027-ci il iyunun 30-dək nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Karvahal karyerası boyunca "Real" və İspaniya millisinin heyətində ümumilikdə 29 titul qazanıb.

Təcrübəli cinah müdafiəçisi 6 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin 2024-cü ildə milli komanda ilə Avropa çempionluğunu bayram edib.