"Mançester Siti"nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasının VI turunda "Liverpul" üzərində qazanılan darmadağından (3:0) sonra futbolçularının nümayiş etdirdiyi emosiyalara görə ünvanlanan tənqidləri anlamadığını bildirib.
Offsideplus.az xəbər verir ki, italyalı mütəxəssis bu barədə UEFA Çempionlar Liqasında PSJ ilə keçiriləcək matçdan əvvəl təşkil olunan mətbuat konfransında danışıb:
"Bizi nəyə görə tənqid edirlər? Biz 'Enfild'də 3:0 hesabı ilə qalib gəlmişik, bizdən nə gözləyirdiniz? Hesab 1:0 olsaydı belə, heç nə dəyişməyəcəkdi. Mən, futbolçular və klubda olan hər bir kəs növbəti matçda da qələbə qazanmaq istəyir. Biz hər gün yalnız bunun üçün çalışırıq.
Komanda tam olaraq işinə diqqət yetirib. Qalan hər şey xarici amillərdir və biz bunlarla üzləşməyə məcburuq. Həmin gün meydanda çox xoşbəxt idik, matçdan sonra paltardəyişmə otağında baş verənləri isə təsəvvür belə edə bilməzsiniz".
Qeyd edək ki, "Enfild"dəki darmadağından sonra "Mançester Siti" turnir cədvəlində birinci pilləyə yüksəlib.


