Azərbaycanlı FIFA referiləri Elçin Məsiyev və Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıblar.
Offsideplus.az xəbər verir ki, hər iki hakim UEFA Avropa Liqasının Liqa mərhələsinin qarşılaşmalarında iş başında olacaq.
Elçin Məsiyev Sloveniyanın "Selye" və Kiprin "Omoniya" klubları arasında keçiriləcək görüşün baş hakimi olacaq. Ona yan xətt hakimləri kimi Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev, VAR hakiminin köməkçisi (AVAR) vəzifəsini isə Nicat İsmayıllı yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi italiyalı Luka Payeretto olacaq.
Niderlandın "Neymegen" və Bolqarıstanın "Levski" komandalarının mübarizəsi isə Əliyar Ağayevə tapşırılıb. Yan xətlərdə ona Zeynal Zeynalov və Akif Əmirəli yardım edəcəklər. Dördüncü hakim İnqilab Məmmədov, VAR hakimi isə xorvatiyalı İvan Bebek olacaq.
Qeyd edək ki, hər iki qarşılaşma oktyabrın 15-də keçiriləcək.


