Massimiliano Alleqri "Napoli"nin Çempionlar Liqasında "Vilyarreal"a 1:3 hesabı ilə uduzmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis Avropa oyunlarında fərqli yanaşmanın vacibliyini vurğulayıb:
"Çempionlar Liqası oyunları belə olur. Hesabı bərabərləşdirməyə imkan verdikdən sonra rəqibə ikinci qolu bu cür asanlıqla vurmağa şərait yaratmamalı idik. Avropada oyunlara başqa cür yanaşmaq lazımdır, bu qədər tez özünü itirmək olmaz.
"Napoli" üç, "İnter" isə dörd qol buraxdı. Müdafiədə problem var? Müdafiə olunmaq sanki unudulmuş bir sənətə çevrilib. Fərdi baxımdan müdafiəçilərimiz pis çıxış etmədi, lakin komanda şəklində müdafiədə zəif idik. Güclü komanda bizim kimi dağılmır. Bu gün, "Frozinone" ilə oyunda olduğu kimi, çox zəif qərarlar verdik. Uduzmaq olar, amma bu cür yox.
Kevin de Bröynə gəlincə, ondan mərkəzə keçib Maqtominayın irəli çıxmasına şərait yaratmasını xahiş etdim, amma bir-birimizi başa düşmədik. Yetərincə qol vəziyyəti yaratdıq, lakin müdafiədə çox imkan verdik. Etibarlı müdafiə olmadan hücumun təhlükəsi də azalır. Qol vurmaq üçün ustalığımız var".


