Azərbaycan klubları avrokubokların 2026/2027 mövsümündə tarixi rekorda imza atıb.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının II turunda "Sabah"ın Çexiyanın "Slaviya" klubunu 2:0 hesabı ilə məğlub etməsi təmsilçilərimizin cari mövsümdəki 14-cü qələbəsi olub.
Bununla da 2023/2024 mövsümünə aid əvvəlki rekord (13 qələbə) yenilənib.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Cari mövsümdə "Sabah" 7, "Qarabağ" 4, "Zirə" 2, "Neftçi" isə 1 qələbə qazanıb.
Bu nəticədən sonra Azərbaycanın son 5 mövsümlük UEFA reytinq xalı 24,187-yə yüksəlib. İsraili (24,125) geridə qoyan ölkəmiz bir pillə irəliləyərək 24-cü sıraya qalxıb.


