Kristaps Porziņģis xəstə olduğuna görə "Qolden Steyt Uorriors"un mövsümöncəsi hazırlıq oyunlarını buraxır. 

Offsideplus.az xəbər verir ki, oktyabrın 13-də mərkəz oyunçusu klubun məşq bazasına gəlib və baş menecer Mayk Danlivi, eləcə də tibbi heyətin rəhbəri Rik Selebirini ilə görüş keçirib.

Klub Porziņģisin hazırkı vəziyyəti barədə əlavə məlumat açıqlamayıb və onun qayıdış tarixi ilə bağlı proqnozu yeniləməyib. Hazırda oyunçunun qeyri-müəyyən müddətə sıradan çıxdığı bildirilir. "Qolden Steyt Uorriors" rəhbərliyi mövsümə Porziņģissiz başlamağa hazırlaşır və hətta noyabr ayında da onun olmamasını istisna etmir.