Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında uğurla çıxış edərək gümüş medal qazanıb.
Offsideplus.az xəbər verir ki, təmsilçimiz həlledici final qarşılaşmasında Qazaxıstan idmançısı Aybek Aytbekovla üz-üzə gəlib.
Görüş rəqibin 13:4 hesablı qələbəsi ilə başa çatdığından güləşçimiz fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, oktyabrın 18-dək davam edəcək dünya çempionatında Azərbaycanı ümumilikdə 23 güləşçi təmsil edir.


