NBA-nın ulduz oyunçusu LeBron Ceyms uşaqlıq illərində Maykl Cordanın oyunlarını izlədiyi anları xatırlayıb və ona böyük hörmətini ifadə edib.
Offsideplus.az xəbər verir ki, "Filadelfiya Siksers"in forvardı Mind the Game podkastında çıxışı zamanı bildirib: "Uşaqlıqda, xüsusilə 90-cı illərin əvvəlləri və ortalarında NBA basketbolunu izləməyə başlayanda mənim ən sevdiyim oyunçular açıq şəkildə Em Cey (Maykl Cordan) və Anferni Harduey idi. Onlar mənim əsas kumirlərim idi. Evimizdə nəhayət kabel televiziyası çəkiləndə daim WGN kanalını açırdıq. Məhz bu kanalda 'Çikaqo Bulls'un oyunlarını izləyirdim. Bu, əsl bayram axşamı kimi hiss olunurdu, sanki kinoteatra gedirdik. Hamımız döşəmədə oturub, o məşhur intro musiqisini gözləyirdik... Bu, inanılmaz bir hiss idi. İndiki nəsil bəlkə də basketbolu eyni şəkildə dərk edə bilmir, çünki o vaxtlar seçim imkanları bu qədər geniş deyildi. Mən Cordanın əsl fanatı idim".


