EuroLeague-in növbəti turunda "Panatinaikos" səfərdə "Partizan"ı 72:55 hesabı ilə məğlub edib. Görüşdən sonra fransalı forvard Gerşon Yabusele yaşanan hadisələrlə bağlı narazılığını bildirib.

Offsideplus.az xəbər verir ki, Yabusele açıqlamasında belə deyib: "Belə atmosferdən çəkinmirəm. Mən döyüşçüyəm, 15 min azarkeşin düşmən münasibəti belə mənim üçün bir zövqdür. Amma meydançanı tərk edəndə üzümə tüpürdülər, üstümə müxtəlif əşyalar atdılar. Hamı bu barədə məlumatlıdır, amma heç kim tədbir görmür. Amma qələbə bizim oldu. Bütün məsələ bundan ibarətdir".