İtaliyanın "Milan" klubu serbiyalı müdafiəçi Strahinya Pavloviçlə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçunun yeni müqaviləsi 30 iyun 2031-ci ilədək qüvvədə olacaq və əlavə uzadılma imkanı nəzərdə tutur.
Pavloviç 2024-cü ilin yayından "Milan"da çıxış edir, bu müddətdə 80 oyunda 7 qol vurub.


