"Bolonya" klubu müdafiəçi Matteo Darmianın transferini rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı futbolçu ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb.
"Milan" akademiyasının yetirməsi olan Darmian kareryası ərzində "Padova", "Palermo", "Torino", "Mançester Yunayted", "Parma" və "İnter"in şərəfini qoruyub.
O, "qırmızı şeytanlar"la İngiltərə Kuboku, Liqa Kuboku və UEFA Avropa Liqasını qazanıb, "İnter"lə isə İtaliya çempionluğu və kuboklar əldə edərək iki dəfə Çempionlar Liqasının finalında oynayıb.
İtaliya millisinin heyətində 40-dan çox matçda meydana çıxan təcrübəli müdafiəçi 2014-cü ildə Braziliyada keçirilən dunya çempionatında da "Skuadra Adzurra"nın heyətində yer alıb.


