Azərbaycan təmsilçisi "Sabah" Avropa meydanında İspaniyanın nəhəngi "Barselona" ilə üz-üzə gələcək. Bu görüş ölkəmizin klubları üçün İspaniya təmsilçilərinə qarşı uğursuz ənənəni qırmaq şansıdır.
Offsideplus.az-ın hazırladığı statistika bunu göstərir: "Qarabağ" Avropa kuboklarında İspaniyanın dörd klubuna qarşı altı oyun keçirib və hələ qələbə qazana bilməyib. İki oyun heç-heçə, dördü məğlubiyyətlə bitib, top fərqi 3:12-dir.
Ağdam təmsilçisinin ən yaxşı nəticəsi 2017/18 mövsümündə Çempionlar Liqasında "Atletiko" ilə olub: evdə 0:0, səfərdə 1:1. 2019/20-də Avropa Liqasında "Sevilya"ya evdə 0:3, səfərdə 0:2 uduzub. 2020/21-də "Villarreal"la ilk oyunda 1:3 məğlub olub, ikinci oyun isə keçirilməyib və "Qarabağ"a texniki məğlubiyyət verilib. Ən son 2025/26 mövsümündə Çempionlar Liqasında "Atletik" (Bilbao) ilə səfərdə 1:3 hesabı ilə uduzub.
İndi növbə "Sabah"dadır. İspaniya klubları qarşısında "Qarabağ"ın yarımçıq qoyduğu işi davam etdirmək, ya da bu qara seriyanı bitirmək onların əlindədir.
Qeyd edək ki, sözügedən matç 25 noyabr 21:45-də start götürəcək.


