"Barselona” mənə görə son 15-20 ilin ən populyar klubudur. Xavi, Messi, İniesta və.s… “Real Madrid” ardıcıl 3 dəfə ÇL qazanıb, amma Bakıya gəlməyib. Katalonları Bakıya gələn ən böyük klubdur”.
Bu sözləri Aslan Kərimov Offsideplus.az-a açıqlamasında deyib:
“Bu oyun Azərbaycana nə verir? Populyaşma və futbolu sevməyə səbəb olur. Təxminən 65 min azarkeş olacaq. Onların 60%-dən çoxu Azərbaycan vətəndaşı olsa da, qonşu ölkələrdən də gələnlər olacaq. Ölkəmizi tanıtmaq üçün də yaxşı fürsətdir. “Sabah” adına da böyük uğurdur. Belə mötəbər oyun Azərbaycan futbolu tarixinə düşəcək. “Bayquşlar”ın böyüməsi, keyfiyyətinin artırılması üçün də vacib oyundur. Nəticədən danışmaq istəməzdim. Rəqibin gücü bəllidir. Fərq bəllidir - müqayisəolunmazdır. Bizdə bayram ab-havası yaratmalıdır. İnanıram ki, “Sabah” futbolçuları da əlindən gələni edəcək. Azarkeşlər də bu matçdan həzz almalıdır. Bir də nə vaxt belə klubu Bakıda görəcəyik?”


