İspaniyalı keçmiş hakim Pablo Qonsales Füertes "Real Madrid"in "Selta" ilə La Liqanın 13-cü turunda keçirilən oyununda verilən penalti qərarını şərh edib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın 36-cı dəqiqəsində Kilian Mbappe rəqibin cərimə meydançasında yerə yıxılıb və baş hakim Adrian Veqa penalti təyin edib. VİDEO-təkrar sistemi (VAR) qərarı təsdiqləyib. Mbappe penalti zərbəsini özü yerinə yetirib, lakin topu qapıdan yuxarı vurub.

Füertes bildirib: "Mənim fikrimcə, Xavi Rodriqes 'Real Madrid'in hücumçusunu saxlamayıb. Hakimin bu qərarı üçün real əsas yox idi, VAR müdaxilə etməli idi".