Gürcüstanlı UFC döyüşçüsü Merab Dvalişvili həmyerlisi Aleksandr Topuriya ilə Santyaqo Luna arasında keçirilən qarşılaşmanın nəticəsi ilə razılaşmayıb.
Offsideplus.az xəbər verir ki, hakimlərin bölünmüş qərarı ilə Topuriyanın məğlub elan olunduğu görüşü şərh edən Dvalişvili nəticəni ədalətsiz sayıb:
"Məncə, Topuriya qalib gəlmişdi. Çox gərgin döyüş oldu. O, yaxşı güləşçidir, amma bu dəfə əsasən boks üslubunda döyüşdü. İstərdim ki, güləşə daha çox üstünlük versin".
Qeyd edək ki, bu, Aleksandr Topuriyanın UFC-dəki üçüncü döyüşü olub. İlk iki görüşündə qələbə qazanan döyüşçü Santyaqo Lunaya uduzmaqla promouşendə ilk məğlubiyyətini alıb.


