"Çikaqo Bulls"un gənc forvardı Kəleb Uilson sağ əlindəki sınıq səbəbindən bir neçə həftə meydançadan kənarda qalacaq.
Offsideplus.az xəbər verir ki, bu il ərzində Uilson artıq iki dəfə sol əlindən zədə alıb. O, hadisə ilə bağlı bunları deyib: "Hər şeyi dərhal başa düşdüm. Ovucum qeyri-təbii şəkildə əyilmişdi və xarakterik bir səs eşitdim. Ümumiyyətlə sağlamam, lazım olan hər şeyi edirəm, süd içirəm. Amma bəzən pis hadisələr qaçılmaz olur. Buna baxmayaraq, bu vəziyyətdə də imkanlar görməyə çalışıram. Daha güclü və yaxşı qayıdacağam. Hazırda əhvalım belədir. Daha az sərt oynamaq? Bilmirəm, başqa nə edə bilərəm. Zədə çətindir, amma uzunmüddətli deyil. Bir neçə həftəyə basketbola qayıdacağam. Bu barədə narahat deyiləm. Oyunlara ehtiyat oyunçular skamyasından başqa prizmadan baxmağa çalışacağam. Bu da ruhlandırıcıdır".
Uilsonun növbəti tibbi müayinəsi 3 dekabr tarixində keçiriləcək.


