Azərbaycan U-21 yığmasının üzvü Lorenzo Mezzotero İtaliyada növbəti qolunu vurub.

Offsideplus.az xəbər verir ki, "Sampdoriya"da çıxış edən 18 yaşlı hücumçu hazırda davam edən "Benevento" ilə oyunda fərqlənib.

O, komandasının 3-cü qolunun müəllifi olub. Qolun məhsuldar ötürməsini isə Lorenzo İnsinye verib.

54-cü dəqiqəsi oynanılan görüşdə "Sampdoriya" 3:1 hesabı ilə öndədir.

Lorenzonun qolunu sizə təqdim edirik: