Misli Premyer Liqasının XII turunda keçiriləcək "Kəpəz" – "Qarabağ" oyunu ilə əlaqədar sabah Gəncədə ictimai nəqliyyat gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanı 15 mindən çox azarkeşin canlı izləyəcəyini nəzərə alan "Kəpəz" rəhbərliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsinə müraciət edib.
İdarənin qərarına əsasən, noyabrın 22-də saat 15:00-dan etibarən Gəncə şəhər stadionu istiqamətində fəaliyyət göstərən marşrut xətlərində hərəkət intensivləşdiriləcək və avtobusların sayı artırılacaq.
Azarkeşlərin matçdan sonra evlərinə rahat qayıtmasını təmin etmək məqsədilə gücləndirilmiş iş rejimi saat 20:00-dək davam edəcək.


