Ceyms Harden NBA tarixində 50 və daha çox xal topladığı oyunların sayına görə üçüncü pilləyə yüksəlib. "Klivlend Kavalers"in təcrübəli müdafiəçisi bu uğura "İndiana Peysers"lə keçirilən NBA Kuboku qarşılaşmasında imza atıb.

Offsideplus.az xəbər verir ki, Harden həmin oyunda 51 xal toplayıb. O, 26 atışdan 15-ni dəqiq yerinə yetirib, 11 üçlükdən 7-ni səbətə göndərib və 14 cərimə atışının hamısını dəqiq yerinə yetirib. 37 yaşlı basketbolçu həmçinin 6 ribaund və 6 assistlə yadda qalıb, 2 top itirib. Bu nəticə ilə Harden 50 və daha çox xal topladığı oyunların sayını 26-ya çatdırıb və bu göstəricidə Kobe Bryantı (25) geridə qoyub. Hazırda bu siyahıda yalnız Maykl Cordan (31) və Uilt Çemberlen (118) ondan öndədir. Qarşılaşmada "Kavalers" "Peysers"i 128:119 hesabı ilə məğlub edib.