Amerikalı forvard Castin Anderson "Dubay" klubunun heyətindən kənarlaşdırılıb və Avropa mətbuatının məlumatına görə, o, Yunanıstanın "PAOK" komandasına keçməyə yaxındır. Anderson burada zədə səbəbindən sıradan çıxan Cedi Osmanı əvəz edəcək.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı və 196 sm boyunda olan Anderson ötən mövsüm "Dubay"ın heyətində EuroLeague-də orta hesabla 23,5 dəqiqəyə 6,1 xal, 3 ribaund və 1,3 assist ilə yadda qalıb. 2015-ci il NBA dreftində 21-ci seçim olan Andersonun aktivində 6 mövsüm və 242 NBA oyunu var.


