“Arsenal”ın baş məşqçisi Mikel Arteta futbolçularına Fantasy Premier League (FPL) ilə bağlı sərt qadağa tətbiq edib.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyunçulara özlərini və komanda yoldaşlarını fantaziya futbolu heyətlərinə daxil etməyi qadağan edib.
Qərara səbəb noyabrın 1-də “Liverpul”la qarşılaşma ərəfəsində Kristos Tzolisin özünü FPL heyətinə daxil etməsi və hətta kapitan seçməsi olub.


