Pep Qvardiola baş məşqçi kimi fasilə dövründəki həyatından və gündəlik rejimindəki dəyişikliklərdən danışıb.
Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis "Mançester Siti"dən ayrıldıqdan sonra özünü daha rahat hiss etdiyini vurğulayıb:
"Əlbəttə, bir qədər sakitləşmişəm. Artıq hər saniyə komandam, növbəti məşq və ya oyun, futbolçular, məşqçi heyəti, yaxud media barədə düşünməyə ehtiyac yoxdur. İndi hər şey tamamilə fərqlidir. Futbola baxmaq mənim üçün saf sevincə çevrilib.
Son vaxtlar nə ilə məşğul olduğuma gəlincə, demək olar ki, heç nə ilə (gülür). Əslində, heç nə etməmək kifayət qədər böyük işdir. Amma məhz belə istəmişdim.
Futboldan kənarda olanda hər şey çox sadədir, özümü yaxşı hiss edirəm. Kataloniyada oldum, sonra bir müddət Əbu-Dabidə vaxt keçirdim. Nəhayət, uşaqlarımla, ailəmlə və dostlarımla daha çox görüşə bilirəm. Qolf oynayıram, xeyli kitab oxuyuram – əvvəllər vaxt tapa bilmədiyim hər şeylə məşğul oluram".


