İtaliyalı mütəxəssis Antonio Konte 2020/21 çempionluq mövsümünün sonunda "İnter"dən ayrılmasının səbəbini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli məşqçi rəhbərliyin əvvəlki vədlərinə əməl etmədiyi üçün bu qərarı verdiyini bildirib:

"Cuzeppe Marotta və Stiven Çjan mənə yaxınlaşıb dedilər ki, bizi qələbə yoluna qaytarmağını, 10 illik fasilədən sonra çempionluq qazanmağımızı və "Yuventus"un İtaliyadakı hegemonluğuna son qoymağımızı istəyirik. Məqsəd aydın idi və biz ortaq yola çıxdıq.

"İnter"dən getməyimin səbəbi isə o oldu ki, skudettonu yenicə qazanmışdıq və keçirilən görüşdə mənə yayda klubun demək olar istənilən futbolçunu satmağa hazır olduğu deyildi. Bu isə əvvəlki razılaşmamızdan tam fərqlənirdi".