NBA-nın yeni simaları Kameron Buzer və Yaksell Lendeborq mövsümə parlaq start veriblər. Onlar ilk 15 oyunda orta hesabla ən azı 16 xal, 7 ribaund və 3 assistlə yadda qalıblar.

Offsideplus.az xəbər verir ki, Buzer NBA dreftində "Memfis" tərəfindən üçüncü, Lendeborq isə "Qolden Steyt Uorriors" tərəfindən 11-ci seçimlə heyətə cəlb olunub. Bu nəticə ilə onlar 1979/80 mövsümündə Lerri Berd və Məcik Consondan sonra ilk dəfə belə statistik göstəriciyə imza atan debütant cütlük olublar.