Lionel Messi ABŞ-ın MLS liqasında ən çox qazanan futbolçu olub.
Offsideplus.az xəbər verir ki, MLS oyunçular ittifaqı 2026-cı ilin oktyabrına olan maaş siyahısını açıqlayıb. 39 yaşlı argentinalı "İnter Mayami"də illik 28,33 milyon dollar qazanır. Bu məbləğə bonuslar və digər gəlir mənbələri daxil deyil. Ötən il Messi 20,45 milyon dollar alırdı. Hazırda liqada illik 10 milyon dollardan çox qazanan futbolçuların sayı beşə çatıb.
MLS-də ən yüksək maaş alan beş futbolçu:
1. Lionel Messi ("İnter Mayami") – 28,33 milyon dollar
2. Robert Levandovski ("Çikaqo Fayr") – 19,51 milyon dollar
3. Antuan Qrizmann ("Orlando Siti") – 13,94 milyon dollar
4. Son Hın Min ("Los-Anceles") – 11,25 milyon dollar
5. Breel Embolo ("Atlanta Yunayted") – 10,81 milyon dollar
Ümumilikdə liqada 150 futbolçu illik ən azı 1 milyon dollar qazanır. MLS-də orta illik maaş 746 936 dollara yüksəlib ki, bu da ötən ilin oktyabrı ilə müqayisədə 18% artım deməkdir (2025-ci ildə 632 809 dollar idi). Median maaş isə 360 042 dollardır (ötən illə müqayisədə 6,4% artım).
MLS-də ən yüksək maaş büdcəsinə malik beş klub:
1. "İnter Mayami" – 59,37 milyon dollar
2. "Çikaqo Fayr" – 41,29 milyon dollar
3. "Atlanta Yunayted" – 38,35 milyon dollar
4. "Los-Anceles Qalaksi" – 34,91 milyon dollar
5. "Los-Anceles" – 32,91 milyon dollar


